I Liqada XVII turun oyunlarının vaxtı dəqiqləşib. Matçlar martın 6-7-də baş tutacaq.
Turun ikinci günündə meydana çıxacaq “Qəbələ” “Cəbrayıl”la qarşılaşacaq. “ASCO Arena”da baş tutacaq görüş saat 13:00-da start götürəcək. Oyun Peşəkar Futbol Liqasının I Liqa // II Liqa yutub kanalında canlı yayımlanacaq.
Qeyd edək ki, komandamız 15 turdan sonra 39 xalla 1-ci pillədə qərarlaşıb. “Qəbələ” XVI turun fevralın 28-də keçiriləcək matçında “Karvan”ı qəbul edəcək.