I Liqada XVII turun təyinatları açıqlanıb.
Martın 6-7-də baş tutacaq görüşlərin hakimləri bəlli olub. “Qəbələ”nin “Cəbrayıl”la səfər matçının təyinatları da müəyyənləşib.
Turun ikinci günündə keçiriləcək qarşılaşmanın baş hakimi Kamran Əliyev olacaq. Ona Tərlan Talıbzadə və Samir Qaracayev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Şamil İmanzadə yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru Ömər Paşayev, AFFA nümayəndəsi Məmmədəli Məmmədov olacaq.
Qeyd edək ki, martın 7-də “ASCO Arena”da keçiriləcək “Cəbrayıl” – “Qəbələ” matçı saat 13:00-da başlayacaq.