«Çempionata yaxşı başlamaq istəyirik»
Xəbərlər / 18 İyul 2014 | 11:29177
«Çempionata yaxşı başlamaq istəyirik»

"Qəbələ"nin yeni futbolçusu slovakiyalı Pavol Farkaş Hollandiya toplanışı çərçivəsində keçirilən "AFC Arnem" - "Qəbələ" (0:4) matçında ilk dəfə komandasının heyətində meydançaya çıxıb. Qarşılaşmanın ardından müdafiəçi fikirlərini gabalafc.az-la bölüşüb:

"Hollandiyada ilk oyunumuzu keçirdik. Bu mənim üçün "Qəbələ"nin heyətində ilk oyunum kimi əlamətdar oldu. Komandamızda yeni futbolçular çoxdur. Meydançada bir-birimizi anlamağa, uyğunlaşmağa çalışırıq. Toplanış çərçivəsində daha 3 oyunumuz var. Bu oyunlarda problemlərimizi görəcəyik və onları Premyer Liqanın startına kimi aradan qaldırmağa çalışacağıq. Hazırlıq prosesinin sonunadək komplektləşmiş komanda olacağıq. Məşqlərimiz çox ciddi və maraqlı keçir. Hamı həvəslidir. Çempionata yaxşı başlamaq istəyirik. Çünki yaxşı başlanğıc gözəl nəticələrin davam etməsi üçün çox vacibdir. İnanıram ki, komanda olaraq bizdən gözlənənləri verə biləcəyik".