Çin yığması Qəbələdə daha iki medal qazandı
Xəbərlər / 12 Avqust 2015 | 18:27170
Çin yığması Qəbələdə daha iki medal qazandı

Qəbələdə keçirilən Dünya kubokunun 5-ci günündə daha 2 dəst medalın sahibi müəyyənləşib. Qəbələ Stend və Ox Atıcılığı Kompleksində təşkil olunan yarışlarda kişilər 50 metr məsafəyə uzanaraq atəş açmaqda qüvvəsini sınayıb, tapançadan 25 metrə sürətli atəşdə medallar uğrunda mübarizə aparıb. Dünya kubokunda hamıdan çox medal qazanan Çin millisi bu dəfə də rəqiblərini üstələyib. Asiyalılar günü 1 qızıl və 1 gümüş medalla başa vurub.
Qeyd edək ki, sabah daha iki dəst medalın sahibi bəlli olacaq.

Tüfəng, 50 m uzanaraq, kişilər
1. Kiril Qriqoryan (Rusiya)
2. Metyu Emmons (ABŞ)
3. Tomas Jerabek (Çexiya)
Tapança, 25 m, sürətli atəş, kişilər
1. Haoçe Hu (Çin)
2. Jiajie Lao (Çin)
3. Boris Artod (Fransa)