«Çox çalışdıq, yaxşı oynadıq və layiqli qələbə qazandıq»
Xəbərlər / 18 Avqust 2014 | 09:09249
Premyer Liqanın II turu çərçivəsində baş tutan "Qəbələ"-"Araz Nazçıvan" (1:0) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Dorinel Muntyanu oyun barədə düşüncələrini açıqlayıb. Rumıniyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
"Komandamın ünvanına yalnız xoş sözlər deyə bilərəm. Çox çalışdıq, yaxşı oynadıq və layiqli qələbə qazandıq. İlk hissənin başlanğıcında rəqibə daha rahat oynamağa imkan verdik. Lakin qol vurduqdan sonra komanda öz oyununu göstərməyə başladı, ikinci qolu da vurub oyunda nöqtəni qoya bilərdik. Təəssüf ki, bunu bacarmadıq. İkinci hissədə hesabı qoruduğumuz üçün müdafiəyə çox çəkildik. Bununla bağlı komanda ilə söhbət edəcəm”.