Misli Premyer Liqasının VII turunun “Qəbələ” – “Şamaxı” oyunundan (0:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Gürcüstanlı mütəxəssis matç barədə fikirlərini açıqlayıb:
“Şamaxı”nı qələbə münasibətilə təbrik edirəm. Oyuna bir qədər gərgin başladıq və fərdi səhvlərdən sonra penaltidən qol buraxdıq. Çox qol vəziyyətləri yaratdıq. Xüsusən də, ikinci hissədə komandamızın böyük üstünlüyü var idi. Artıq neçənci oyundur ki, xeyli qol vəziyyətləri yaradırdıq, lakin istifadə edə bilmirik. Təəssüf ki, xal qazana bilmədik. Ehtiyat skamyamız da o qədər də geniş deyil. Bu məsələnin də üzərində işləməliyik. Çünki heyətimiz kasaddır”.