“Çox yüksək səviyyəli oyun getdi”
Xəbərlər / 21 Dekabr 2025 | 20:2318190
“Çox yüksək səviyyəli oyun getdi”

 Misli Premyer Liqasının XVI turunun “Qəbələ” - “Qarabağ” (1:2) oyunundan sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:

 

 “Qarabağ”ı təbrik edirəm. Çox yüksək səviyyəli oyun getdi. Komandam yaxşı oynadı. Futbolçulara təşəkkür edirəm. Son 15 dəqiqədə yorğunluq yarandı. Qışda heyəti gücləndirdikdən sonra komanda 77 dəqiqə yox, 95 dəqiqə də oynaya biləcək və daha yaxşı nəticələr göstərəcəyik. Bir xal qazansaydıq, çox yaxşı olardı. Amma alınmadı. Buna rəğmən futbolçularımdan razıyam”.