Cüdo üzrə gənclərin Bakı birinciliyinə yekun vurulub. Yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də çıxış edib. Mükafatlar uğrunda mübarizəyə qoşulan cüdoçularımız yarışı 5 medalla başa vurub. Üç idmançımız bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çingiz Əhmədov (73 kq) və Məhəmmədəli Babayev (+100) oğlanların, Nərminə Əlizadə (78 kq) qızların yarışında hamıdan güclü olub. Yalnız həlledici görüşdə uduzan İmran Yusifov (100 kq) gümüş medala yiyələnib. Nurlan Babayev (66 kq) isə birinciliyi 3-cü yerdə tamamlayıb. Beləliklə, “Qəbələ” cüdoçuları 3 qızıl, 1 gümüş və 1 bürünc mükafat qazanıb. Bu nəticələrlə “qırmızı-qaralar”a komanda hesabında 1-ci yeri tutub.