Cüdoçularımız Avropa çempionatında ilkə imza atdı
Cüdo / 24 Aprel 2016 | 15:22607
Cüdoçularımız Avropa çempionatında ilkə imza atdı

Rusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə Avropa çempionatına yekun vurulub. Fərdi yarışların ardından komandalar tatami üzərinə çıxıb. 5 cüdoçudan təşkil olunan Azərbaycan millisinin heyətində “Qəbələ” İdman Klubunun iki təmsilçisi çıxış edib. Vüqar Şirinli 66 kq, Uşanqi Kokauri +90 çəki dərəcəsində yığmanın şərəfini qoruyub. Latviyanı 4:1 hesabı ilə məğlub edən komandamız ardınca Polşa yığmasına 2:3 hesabı ilə uduzub. Təsəlliverici görüşlərdə Yunanıstan cüdoçularına qalib gələn idmançılarımız bürünc medal uğrunda qarşılaşmada Fransa millisindən güclü olub – 3:2.
Beləliklə, komanda yarışları tarixində ilk dəfə mükafatçılar sırasına düşməyi bacaran yığmamız Avropa çempionatında 3-cü yeri tutub.