Cüdoçularımız İtaliyada iki medal qazandı
Cüdo / 26 Yanvar 2016 | 19:14994
Cüdoçularımız İtaliyada iki medal qazandı

İtaliyanın Linyano Sabbyadoro şəhərində yeniyetmə və gənc cüdoçular arasında 21-ci “Alpe Adria” beynəlxalq turniri keçirilib. 988 cüdoçunun mübarizə apardığı yarışa Azərbaycan gənclərdən ibarət milli komandasının heyətində “Qəbələ” İdman Klubunun üzvləri də iştirak edib. Yığmamızın qazandığı 9 medaldan ikisi klubumuzun cüdoçularının hesabındadır. 60 kq çəki dərəcəsində çıxış edən İsmayıl İbrahimov finala qədər bütün rəqiblərinə qalib gələrək, yalnız həlledici görüşdə tatamini məğlub tərk edib. Bununla da cüdoçumuz gümüş medal qazanıb. Eyni çəkidə mübarizə aparan Rüfət Tağızadə isə İtaliyada bürünc medala sahib olub. Qeyd edək ki, millimiz komanda hesabında turniri birinci yerdə başa vurub.