Cüdoçularımızdan 4 medal 
Cüdo / 31 May 2017 | 20:10936
Cüdoçularımızdan 4 medal 

23 yaşadək gənc cüdoçular arasında açıq Bakı birinciliyinə yekun vurulub. Yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də çıxış ediblər. Komandamızın üzvləri birincilikdən 4 medalla ayrılıblar. Cüdoçularımız 3 qızıl və 1 gümüş mükafata sahib olublar. Yarışın ilk günündə tatami üzərinə çıxan Rəşad Yelkiyev (60 kq) bütün rəqiblərinə qalib gəlməklə, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Turnirin ikinci günündə isə 100 kq çəki dərəcəsində “Qəbələ” idmançıları finalda üz-üzə gəliblər. Bu dueldə Vasif Şərbətli İmran Yusifovdan güclü olub. Komandamıza daha bir çempionluğu +100 kq çəki dərəcəsində qüvvəsini sınayan Vüsal Orucov qazandırıb.