Cüdoçularımızdan 7 medal
Xəbərlər / 9 Noyabr 2015 | 18:46152
Cüdoçularımızdan 7 medal

6-8 noyabrda cüdo üzrə yeniyetmələrin açıq Bakı birinciliyi keçirilib. Bakı İdman Sarayında baş tutan yarışda klubumuz 27 idmançı ilə iştirak edib. “Qəbələ” İdman Klubunun təmsilçiləri yarışda 7 medal qazanıb. 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanan təmsilçilərimizdən üçü klubun rayon bölməsinin üzvləridir.
Yeniyetmə oğlanların mübarizəsində Nazir Talıbov (46 kq) və Vüsal Orucov (+90 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qəbələ bölməsinin yetirmələri İmran Yusifov (+90 kq) və Fazilə Aslanova (40 kq), həmçinin Nurlan Osmanov (50 kq) yalnız finalda uduzaraq, gümüş medala yiyələniblər. Bakı birinciliyində iki idmançımız 3-cü yeri tutub. Kənan Babayev (46 kq) və Qəbələ bölməsinin təmsilçisi Aygün Hacıyeva (40 kq) yarışın bürünc mükafatını qazanıb.