Cüdoçularımızdan iki bürünc medal
Xəbərlər / 4 Fevral 2025 | 14:05654
Cüdoçularımızdan iki bürünc medal

“Qəbələ” İdman Klubunun cüdoçuları 21 yaşadək gənclər arasında ölkə birinciliyində uğurla çıxış ediblər.

 

İdmançılarımız Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsindəki İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda 2 medal qazanıblar. Roman Qarayev 81 kq çəki dərəcəsində fərqlənib. Cüdoçumuz birinciliyin bürünc medalını qazanıb.

 

Hüseyn Eyvazlı da eyni əyarlı mükafata sahib çıxıb. 100 kq çəkidə çıxış edən təmsilçimiz 3-cu yeri tutub.