Cüdoçularımızdan növbəti qələbə
Xəbərlər / 13 Oktyabr 2013 | 18:20240
Cüdoçularımızdan növbəti qələbə

Cüdo üzrə klublar arası Azərbaycan Kubokunun 6-cı dövrə yarışına yekun vurulub. Bu mərhələdə "Qəbələ" "Attila" ilə üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma 5:5  hesablı bərabərliklə bitib. Yekunda qələbə cütlüklərin görüşündə daha çox xal toplayan "Qəbələ"yə verilib- 50:37. Xatırladaq ki, bu "Attila"nın turnirdə ilk məğlubiyyəti olub.  Bu nəticədən sonra komandamız 8 kollektiv arasında 3-cü yerdə möhkəmlənib. 
Xatırladaq ki, 7 çəki dərəcəsi üzrə keçirilən yarışda hər komanda maksimal 10 idmançı (3 nəfər gənc və 7 nəfər böyük) ilə çıxış edir. 
Klublar arası Azərbaycan Kubokunun növbəti mərhələsi oktyabr ayının 20-də baş tutacaq. "Qəbələ" "Neftçi" ilə qarşılaşacaq.