Cüdoçumuz Afrikada qızıl medal qazandı
Cüdo / 16 Yanvar 2016 | 17:261209
Cüdoçumuz Afrikada qızıl medal qazandı

Tunisdə cüdo üzrə açıq Afrika çempionatına start verilib. Yarışda Azərbaycan milli komandasının idmançıları da çıxış edir. Yığmanın heyətində yer alan “Qəbələ” İdman Klubunun cüdoçuları da mükafatlar uğrunda mübarizə aparır. Turnirin ilk günündə təmsilçimiz Vüqar Şirinli 60 kq çəki dərəcəsində uğurla çıxış edib. İordaniyalı Qeyt Salman, Səudiyyə Ərəbistanı təmsilçisi Eişa Majraşı, avstraliyalı Coşua Katz və sloveniyalı Matyaj Trbovça qalib gələn idmançımız finala yüksəlib. Həlledici qarşılaşmada Şirinli Fransa idmançısı Sedrik Revolu məğlub edib.
Beləliklə, Tunisdə keçirdiyi 5 görüşün hamısında qalib gələn Şirinli qızıl medal qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sabah daha bir cüdoçumuz Cəlil Şükürov (100 kq) tatami üzərinə çıxacaq.