“Qəbələ” İdman Klubunun cüdoçusu Aygün Hacıyeva gənclər arasında Azərbaycan çempionu olub. O, 21 yaşadək gənclər arasında ölkə birinciliyində fərqlənib. Qəbələ şəhər bölməsinin yetirməsi çempionatın ikinci günü tatami üzərinə çıxıb. Qızların 44 kq çəki dərəcəsində mübarizə aparan idmançımız öncə Əsma İbrahimovanı, ardınca Nəzakət Hüseynovanı məğlub edərək finala yüksəlib. Aygün həlledici qarşılaşmada Leyla Dəmirova ilə qarşılaşıb. Bu görüşdən də qalib ayrılan Hacıyeva qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.