Cüdo üzrə yeniyetmələrin açıq Bakı birinciliyinə yekun vurulub. Şağan Olimpiya Kompleksində təşkil olunan yarış iki yaş qrupunda - 2001-2002 və 2003-2004-cü il təvəllüdlülər arasında keçirilib. 4 gün davam edən yarışda 1500 idmançı qüvvəsini sınayıb.
Birinciliyə qatılan Qəbələ şəhər bölməsinin 17 cüdoçusu da tatamiyə çıxıb. Təmsilçilərimiz Bakıdakı yarışı iki mükafatla başa vurub. Gülşən Bəşirova 28 kq çəki dərəcəsində hamıdan güclü olubsa, 55 kq çəki dərəcəsində çıxış edən Elmir Rizvanov 3-cü yerlə kifayətlənib. Qəbələ şəhər bölməsinin yetirməsi olan hər iki idmançımız 2003-2004-cü il təvəllüdlülərin yarışında uğur qazanıb.