Cüdoçumuzdan bürünc medal
Xəbərlər / 28 Fevral 2022 | 00:23406
Cüdoçumuzdan bürünc medal

Azərbaycanın və “Qəbələ” İdman Klubunun cüdoçusu İmran Yusifov növbəti uğuruna imza atıb. Təmsilçimiz Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə açıq Avropa turnirində fərqlənib. +100 kq çəki dərəcəsində çıxış edən idmançımız üçüncü yeri tutub.

Böyük britaniyalı Ceymi Uilyams, ispaniyalı İrinel Vasile Çelaru Qriqoraş və belçikalı İv Nadoya qalib gələn İmran yarımfinala yüksəlib. Finalın bir addımlığında gürcüstanlı İrakli Demetraşviliyə uduzan cüdoçumuz bürünc medal uğrunda qarşılaşmada fransalı Adrien Cefroya qalib gəlib. Bu qələbə ilə Yusifov fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.