“Qəbələ”nin İdman Klubunun cüdoçusu Büsat Sahmurov növbəti mükafatını əldə edib.
İdmançımız Bakı Avropa ümidləri turnirində uğur qazanıb. Cüdoçumuz Abşeron idman kompleksində keçirilən yarışda 55 kq çəki dərəcəsində mübarizə aparıb.
Büsat finala qədər bütün rəqiblərinə qalib gəlib. Yalnız həlledici görüşdə qələbə qazana bilməyən idmançımız turniri gümüş medalla başa vurub.
Qeyd edək ki, eyni çəkidə çıxış edən digər təmsilçimiz Ağa Cavidan yarışı 7-ci pillədə bitirib.