Cüdoçumuzdan gümüş medal
Xəbərlər / 6 Sentyabr 2025 | 20:0713494
Cüdoçumuzdan gümüş medal

Azərbaycanın və “Qəbələ” İdman Klubunun cüdoçusu Mehdi Abbasov növbəti uğuruna imza atıb.

 

O, Türkdilli Dövlətlərin III Universiadasında fərqlənib. İdmançımız fəxri kürsünün 2-ci pilləsinə yüksələrək gümüş mükafata sahib çıxıb.

 

Qeyd edək ki, yarış Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilib.