"Qəbələ" İdman Klubunun cüdoçusu Tamerlan Cabbarov Azərbaycan çempionu olub. 18 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyində fərqlənib.
Rayonun Aydınqışlaq kəndindən olan idmançımız 90 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlib. Tamerlan ilkin mərhələlərdə Emil Səfiyarov və Rohid Səlimovu məğlubiyyətə uğradıb. Yarımfinalda Məhəmməd Paşayevə qalib gələn idmançımız həlledici görüşdə Fərid Niyazovla qarşılaşıb. Bu qarşılaşmada da qələbə qazanan cüdoçumuz qızıl medala yiyələnib.