“Qəbələ”nin cüdoçusu Roman Qarayev növbəti uğuruna imza atıb.
O, kişi cüdoçular arasında Liqa yarışının birinci turunda fərqlənib. 81 kq çəkidə çıxış edən Roman bütün rəqiblərinə qalib gəlib. Qızıl medal qazanan idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 37 klub və idman cəmiyyətindən olan 209 cüdoçu 7 çəki dərəcəsində qalibləri müəyyənləşdirib.