“Qəbələ” İdman Klubunun cüdoçusu Roman Qarayev növbəti uğuruna imza atıb.
İdmançımız kişilər arasinda “ACF Ne Waza” turnirində fərqlənib. 81 kq çəkidə çıxış edən Qarayev yarışın qalibi olub. O, Fövqəladə Hallar Nazirliyinin Bakıdakı İdman Kompleksində bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
Qeyd edək ki, Roman ikiqat Bakı çempionu, ölkə çempionatının bürünc mükafatçısı, ikiqat ACF çempionu və Avropa üçüncüsü olub.