«Daha aqressiv oynamalı idik»
Xəbərlər / 11 May 2016 | 18:11131
«Daha aqressiv oynamalı idik»

Topaz Premyer Liqasının XXXIV turunun “Qarabağ” – “Qəbələ” oyunundan (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Qarabağ”ı layiqli qələbə münasibətilə təbrik edirəm. Hazırda bu komanda bizdən daha güclüdür. Bu, turnir cədvəlində də, bugünkü qarşılaşmada da öz əksini tapıb. Matçın nəticəsi də oyuna görədir. Komandamızın oyununu elə qurmuşduq ki, müdafiədən hücuma lazımi səviyyədə keçək. Təəssüf ki, ilk yarıda iki qol buraxdıq. Bundan sonra ikinci hissədə daha aqressiv oynamalı, pressinq etməli idik. Amma komandamızda bu, çatmadı. Komandada bir liderin olmasını deyil, daha çox futbolçunun həm meydanda, həm kənarda belə keyfiyyətlərini göstərməsi daha yaxşıdır. “Qarabağ”ı digər komandalarla müqayisə etmək olmaz. Çünki bu komanda digərlərindən daha güclüdür. “Qarabağ”a qarşı həmin rəqiblərlə oynadığımız kimi çıxış edə, üstün futbol sərgiləyə bilmədik. Bu rəqibə qarşı öz oyununu göstərmək asan deyil”.