«Daha balanslaşmış komanda görəcəyik»
Xəbərlər / 10 Sentyabr 2022 | 20:53134
«Daha balanslaşmış komanda görəcəyik»

Misli Premyer Liqasının VI turunun “Qəbələ” – “Neftçi” oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Bizi çətin oyunun gözlədiyini bilirdik. “Neftçi” yaxşı komandadır, heyətində ustalıq səviyyəsi yüksək olan futbolçular var. Birinci hissədə düşündüyümüzü yerinə yetirməyə çalışırdıq. İkinci yarıda konsentrasiyanın aşağı düşməsi ilə rəqib qollar vurdu. Amma ümumi götürəndə oyundan razıyam. İnanıram ki, getdikcə daha balanslaşmış komanda görəcəyik. Çempionatda hər rəqibə xüsusi hazırlaşmaq lazımdır. Güclü və ya zəif anlayışı fərqi yoxdur. İlk yarıda üstünlük daha çox bizdə idi, daha motivasiyalı idik. 46-cı dəqiqədə qol buraxırıqsa, bu, konsentrasiyanın düşməsi ilə bağlıdır. Komanda ani səhvdən qol buraxır, toparlanmağa çalışır və ikinci dəfə topu qapısında görür. Kondisiya baxımından problem yoxdur, 90 dəqiqə hücumda ola bilirik. Xırda nüansları aradan qaldıracaq və daha yaxşı komanda görəcəyik”.