“Daha yaxşı olacağına inanıram”
Xəbərlər / 25 Avqust 2025 | 23:1613038
“Daha yaxşı olacağına inanıram”

Misli Premyer Liqasının II turunun “Qəbələ” – “Zirə” oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Gürcüstanlı mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:

 

“Çox yaxşı, bərabər, hərəkətli oyun keçdi. Yaxşı mübarizə oldu. Ustalıq qələbə qazandı. Bizim gənc futbolçularda soyuqqanlılıq çatmır. Çox üzücü qollar buraxırıq. Müdafiədə təmkinli və sadə oynamalıyıq. Bəzi oyunçularda təcrübə yetərincə deyil. 19-20 yaşlı futbolçuya vaxt lazımdır. “Zirə” çox güclü komandadır, mükafatlar uğrunda mübarizə aparır. Belə kombinasiyalı, yaxşı futbol nümayiş etdirdiyimiz üçün şadam. Hesab 1:0 olanda fərqi artıra bilərdik, alınmadı. Soyuqqanlılıq, özünəinamın çatışmazlığı son zərbə zamanı hiss olunur. Təəssüf ki, vura bilmirik.  Daha yaxşı olacağına inanıram”.