«Dalğa Arena»da iki qol
Xəbərlər / 12 Avqust 2023 | 21:291681
«Dalğa Arena»da iki qol

“Araz-Naxçıvan” – “Qəbələ” – 2:0

12 avqust 2023. Saat 18:30. “Dalğa Arena”, 600 tamaşaçı

Baş hakim: Fərid Hacıyev

Baş hakimin köməkçiləri: Akif Əmirəli, Vüsal Məmmədov

Dördüncü hakim: Əli Əliyev

VAR: Kamranbəy Rəhimov

AVAR: Cavid Cəlilov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Yavər Rəhimov

Sarı vərəqələr: Vadim Abdullayev, 80 (qeyri-idman hərəkəti); Elvis Maşike, 84 (qeyri-idman hərəkəti) //Omar Hani, 24 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqə: Ülvi İsgəndərov, 90+4 (təcavüzkar davranış)

Qollar: İsmail Azzaui, 17; Elvis Maşike, 83

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

 

 Misli Premyer Liqasında II tura start verilib. İlk oyun günü “Dalğa Arena”da başlayıb. “Qəbələ” “Araz-Naxçıvan”ın qonağı olub.

Cari çempionatda ikinci səfər matçını keçirən  “qırmızı-qaralar” bu dəfə də Bakıda meydana çıxıb. Görüş qarşılıqlı hücumlarla keçsə də, meydan sahibləri daha kəsərli həmlələr qurub. Belə epizodların birində hesab açılıb. 

Buraxılan qoldan sonra “Qəbələ” oyunda dönüş yaratmağa çalışıb. Lakin futbolçularımız rəqib qapısı önündə təhlükəli epizodlar yaratmaqda çətinlik çəkiblər. Azsaylı imkanlarda isə dəqiq zərbə ilə yekunlaşmayıb.

İkinci hissədə “qırmızı-qaralar” fəallığı artırıb. Bir müddət təşəbbüsə də yiyələnən komandamız bərabərlik qolu vura bilməyib. Naxçıvan təmsilçisinin əks-hücumları yaddaqalan olub. Bu imkanların birində meydan sahibləri fərqi artırıb. “Qırmızı-qaralar” hesabı dəyişmək üçün sonadək mübarizə aparsa da, istəyinə çatmayıb. Beləliklə, “Dalğa Arena”dakı matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

“Araz-Naxçıvan”

12. Kristian Avram

10. Orxan Əliyev

(9. Elvis Maşike, 72)

3. Turan Manafov

55. Zamiq Əliyev

2. Abdulla Rzayev

29. Vanderson Melo

23. Nuno Rodriqes

(7. Nicat Süleymanov, 72)

42. Kadiri Mohammed

(4. İqor Ribeyro, 89)

14. Miço Kuzmanoviç

(11. Bayraməli Qurbanov, 89)

8. İsmail Azzaui

(6. Vadim Abdullayev, 61)

27. Numan Kurdiç (k)

 

Ehtiyat oyunçular:

 

91. Semir Bukviç

1. Vüsal Şabanov

39. Tural Bayramlı

5. Nihad Qurbanlı

88. Tuqay Əlizadə

13. Mirəli Əhmədov

 

Baş məşqçi: Azər Bağırov

 

“Qəbələ”

13. Kristof Atanqana

34. Urfan Abbasov (k)

28. Murad Musayev

14. Ülvi İsgəndərov

5. Rauf Hüseynli

(17. Yaovi Akakpo, 61)

4. Lukas Afriko

99. Ahmed Ayzaya

9. Əyyub Allaş

72. Osama Xalayla

(18. Mehrac Baxşalı, 76)

10. Omar Hani

(20. Bilel Auaşeriya, 46)

8. Gilad Abramov

(7. Emil Səfərov, 46)

 

Ehtiyat oyunçular:

 

1. Rəşad Əzizli

36. Elməddin Sultanov

11. Asif Məmmədov

12. Nicat Əliyev

33. Hüseyn Mürsəlov

24. Xəyal Xudaverdiyev

71. Sənan Ağalarov

 

Baş məşqçi: Elmar Baxşıyev