Azərbaycan Premyer Liqasında IX turun rəmzi komandası açıqlanıb. “Qəbələ” turun “11-liy”ində bir futbolçu ilə təmsil olunub. Davit Volkov “InStat” şirkətinin təhlilinə əsasən tərtib olunan komandaya daxil edilib. O, mövsümdə ilk dəfə rəmzi komandada yer alıb.
Davit buna “Keşlə” ilə səfər oyunundakı (1:2) çıxışına görə layiq görülüb. Onun Bakıda keçirilən görüşdəki oyunu “İnStat” tərəfindən 265 indeksi ilə qiymətləndirilib.