Topaz Premyer Liqasının 2012/13 mövsümünün birinci yarısının ən nümunəvi futbolçuları müəyyənləşib. Apasport.az saytı meydanda 1000 və daha çox dəqiqə keçirib, vərəqə almayan oyunçuların siyahısını hazırlayıb.
İlk pilləyə komandamızın sloveniyalı müdafiəçisi Deyan Kelhar başçılıq edir. O, 1530 dəqiqə ərzində nümunəvi futbolçu təsiri bağışlayıb. Ümumilikdə, 8 futbolçu 1000 dəqiqədən artıq oynasa da, cəzalanmayıb. "Səkkizlik"də "Qəbələ"nin 3 futbolçusu yer alıb.
Cəzasız keçirilən oyunların sayına görə də "Qəbələ"nin futbolçusu öndədir. Viktor Mendi bütün turlarda meydana çıxsa da, dəqiqə sayında ilk “8-lik”də sonuncudur.
1000 dəqiqədən artıq vərəqəsiz oynayanlar Dejan Kelhar (Qəbələ) | 17 oyun | 1530 dəqiqə |
Ailton Jose Junior (AZAL) | 16 | 1440 |
Georgi Lomaya (İnter) | 15 | 1350 |
Bruno da Silva (Qəbələ) | 17 | 1168 |
Hafiz Əliyev (Turan) | 15 | 1148 |
İlia Kandelaki (İnter) | 12 | 1080 |
Marçin Burkhart (Simurq) | 14 | 1075 |
Viktor Mendi (Qəbələ) | 18 | 1048
|