Dieqo əməliyyat olunacaq
Xəbərlər / 18 Dekabr 2013 | 08:54266
Dieqo əməliyyat olunacaq

Ötən həftə məşq zamanı zədələnən "Qəbələ"nin braziliyalı qapıçısı Dieqo Koşta Silva əməliyyat olunacaq. Bu barədə gabalafc.az-a açıqlama verən komandanın həkim-fizioterapevti Rahim Məhərrəmov qolkiperin dizində mensk yırtığı əmələ gəldiyini bildirib:
"Dieqo ötən həftə məşqdə zədələndi. Müayinə zamanı dizində mensk yırtığı olduğu müəyyənləşdi. Müayinədən sonra onu əməliyyat üçün vətəni Braziliyaya yola saldıq. Dieqonun yanvar ayının ortalarında məşqlərə qatılması gözlənilir."