I Liqada XIII turun təyinatları açıqlanıb.
Fevralın 6-7-də baş tutacaq görüşlərin hakimləri bəlli olub. “Qəbələ”nin “Difai” ilə səfər matçının təyinatları da müəyyənləşib.
Turun ilk günündə keçiriləcək qarşılaşmanın baş hakimi Şamil İmanzadə olacaq. Ona Aydın Bəxşiyev və Elman Kərimov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Emin Əliyev yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru Anar Salmanov, AFFA nümayəndəsi Asif Əliyev olacaq.
Qeyd edək ki, fevralın 6-da Şamaxı OİK stadionunda keçiriləcək “Difai” – “Qəbələ” matçı saat 14:30-da başlayacaq.