Dmitri Kramarenko «Qəbələ»li oldu
Xəbərlər / 5 İyun 2013 | 16:05659
Dmitri Kramarenko «Qəbələ»li oldu

"Qəbələ" təcrübəli qapıçı Dmitri Kramarenko ilə birillik müqavilə imzalayıb. Kramarenko komandada oynayan məşqçi funksiyasını yerinə yetirəcək.
Xatırladaq ki, zəngin karyeraya malik qapıçı futbolçu həyatı boyunca "Neftçi", "Dinamo" (Moskva), "Torpedo" (Moskva), "Alaniya" (Vladiqafqaz), MOİK (Moskva), "Baltika" (Kalininqrad), "Karvan" (Yevlax), "Terek" (Qroznı), "Xəzər-Lənkəran", "İnter" (Bakı) və "Simurq" (Zaqatala) kimi komandalarda top qovub. 
Dimitri Kramarenko 1992-ci ildən 2005-ci ilədək Azərbaycan milli komandasının qapısını qoruyub.