Dodosuz üç həftə
Xəbərlər / 15 Sentyabr 2014 | 12:33264
Topaz Premyer Liqasının V turu çərçivəsində keçirilən "Simurq"-"Qəbələ" (1:2) matçının 80-ci dəqiqəsində zədələnərək meydançanı tərk edən Dodonun yaşıl meydanlardan hansı müddətə uzaq qalacağı müəyyənləşib. Bu gün müayinədən keçən braziliyalı yalnız iki həftədən sonra məşqlərə start verə biləcək.
Xatırladaq ki, sözügedən matçda dubla imza ataraq "qırmızı-qaralar"a qələbə qazandıran Dodo ikinci qol epizodunda dizindən zədə almış və oyunu sonadək davam etdirə bilməmişdi.