Doğma meydançada 100-cü matça doğru
Xəbərlər / 9 Aprel 2013 | 10:02256
Doğma meydançada 100-cü matça doğru

“Qəbələ” Topaz Premyer Liqasında növbəti oyununu bu həftə keçirəcək. Komanda XXVI tur çərçivəsində aprelin 13-ü “Bakı”nı qəbul edəcək. Bu qarşılaşma 2 yubileylə əlamətdar olacaq. Daha bir yubiley isə matçın nəticəsindən asılı olacaq.
Bu matç “Qəbələ”nin Premyer Liqada öz meydanında keçirdiyi 100-cü matçdır. Evdə indiyədək 99 çempionat oyunu keçirən komanda 45 qələbə qazanıb, 23 heç-heçə edib və 31 dəfə uduzub. “Qəbələ” öz meydanında 116 qol vurub və 85-ni buraxıb. Komanda 185 ev xalı toplamağa nail olub.

İlk ev matçını 2006-cı il avqustun 5-də “İnter”ə qarşı keçirən “Qəbələ” o vaxt “Gilan” adı ilə Xanları təmsil edirdi. 7 il əvvəlki matç da qolsuz heç-heçə nəticələnib. Öz meydanındakı 50-ci oyun isə 2009/10 mövsümündə ilk “altılığ”ın 1-ci ev matçında təsadüf edib. 2010-cu il martın 21-də “Qarabağ”ı qəbul edən “Qəbələ” 3:1 hesabı ilə qalib gəlib.

Aprelin 13-dəki qarşılaşma rəqiblər arasında sayca 25-ci – yubiley dueli olacaq. Paytaxtın eyniadlı təmsilçisinə qarşı baş tutan əvvəlki 24 görüşdən 18-i çempionat, 6-sı kubok çərçivəsində baş tutub. Bu matçlarda üstünlük bakılıların tərəfindədir. 15 dəfə qalib gələn paytaxt klubu daha 6 dəfə bərabərliklə kifayətlənib. “Qəbələ” isə rəqibini 3 dəfə məğlub etməyi bacarıb. Bakılıların 30 qol vurduğu matçlarda əyalət təmsilçisi 14 dəfə fərqlənib.
Ölkə çempionatlarındakı görüşlərdə isə bakılılar 12 matçda qalib gəlibsə, 3 oyun heç-heçə, 3-ü isə “Qəbələ”nin qələbəsi ilə başa çatıb. Top fərqi “Bakı”nın ikiqat üstünlüyünü əks etdirir – 24:12. Kubokda isə bakılıları məğlub edə bilməyən “Qəbələ” 6 qarşılaşmada 3 heç-heçə edib və eyni sayda məğlubiyyətə üzülüb. Top fərqində qəbələlilər geridədir – 2:6. Buna baxmayaraq 6 oyunu əks etdirən 3 dueldən birində mərhələni məhz “Qəbələ” keçib. Bu hər 2 oyunun heç-heçə bitdiyi, cütün taleyinin penaltilər seriyasında müəyyənləşdiyi vaxt mümkün olub.

Son 4 matçda qələbə qazana bilməyən “Qəbələ” Luis Araqonun rəhbərliyi altında 2-ci matçına çıxacaq. Bu dəfə də ispaniyalı ilə doğma publika önünə çıxacaq komanda ardıcıl 4 dəfə təxirə salınan yubileyinə imza atmağa çalışacaq. Premyer Liqada 74 qələbəsi olan qəbələlilər 75-ci uğur üçün mübarizə aparacaq.


2006/07

29.10.2006

Premyer Liqa

Bakı - Gilan (Qəbələ)

1:0

2006/07

21.11.2006

Azərbaycan kuboku

Gilan (Qəbələ) - Bakı

0:2

2006/07

02.12.2006

Azərbaycan kuboku

Bakı - Gilan (Qəbələ)

1:0

2006/07

18.04.2007

Premyer Liqa

Gilan (Qəbələ) - Bakı

0:1

2007/08

19.08.2007

Premyer Liqa

Qəbələ - Bakı

2:0

2007/08

24.02.2008

Premyer Liqa

Bakı - Qəbələ

3:0

2007/08

06.03.2008

Azərbaycan kuboku

Bakı - Qəbələ

1:1

2007/08

20.03.2008

Azərbaycan kuboku

Qəbələ - Bakı

1:1, p.4:3

2008/09

09.11.2008

Premyer Liqa

Bakı - Qəbələ

3:0

2008/09

25.04.2009

Premyer Liqa

Qəbələ - Bakı

0:1

2009/10

31.10.2009

Premyer Liqa

Qəbələ - Bakı

0:2

2009/10

13.02.2010

Premyer Liqa

Bakı - Qəbələ

2:0

2009/10

28.03.2010

Premyer Liqa

Bakı - Qəbələ

1:1

2009/10

01.05.2010

Premyer Liqa

Qəbələ - Bakı

1:0

2010/11

22.08.2010

Premyer Liqa

Bakı - Qəbələ

2:1

2010/11

23.12.2010

Premyer Liqa

Qəbələ - Bakı

0:1

2010/11

03.03.2011

Azərbaycan kuboku

Qəbələ - Bakı

0:0

2010/11

08.03.2011

Azərbaycan kuboku

Bakı - Qəbələ

1:0

2011/12

07.08.2011

Premyer Liqa

Qəbələ - Bakı

0:0

2011/12

26.11.2011

Premyer Liqa

Bakı - Qəbələ

2:1

2011/12

01.04.2012

Premyer Liqa

Bakı - Qəbələ

2:1

2011/12

29.04.2012

Premyer Liqa

Qəbələ - Bakı

4:0

2012/13

04.10.2012

Premyer Liqa

Bakı - Qəbələ

1:1

2012/13

02.12.2012

Premyer Liqa

Qəbələ - Bakı

0:2