“Qəbələ”nin dörd üzvü 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına çağırılıb. Bunlar Rüstəm Nuriyev, Vüsal Məsimov, İdris İnqilablı və Samir Qurbanovdur. Onlar yığmanın təlim-məşq toplanışında iştirak edəcək. U-19 yanvarın 12-dən 19-dək Bakıda, yanvarın 19-dan 31-dək isə Türkiyənin Antalya şəhərində hazırlıq keçəcək.