“Qəbələ”nin dörd futbolçusu Azərbaycanın U-19 yığmasına çağırılıb. Bunlar İdris İnqilablı, Veysəl Rzayev, Xəyal Muradov və Samir Məhərrəmlidir. Təmsilçilərimiz 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hazırlıq prosesində iştirak edəcək. Millimiz avqustun 30-dan sentyabrın 3-dək Bakıda, sentyabrın 4-dən 8-dək isə Maltanın Valletta şəhərində təlim-məşq toplanışında olacaq. Yığmamız hazırlıq çərçivəsində sentyabrın 5-də və 7-də maltalı həmyaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.