Dörd futbolçumuz millinin oyununda
Xəbərlər / 5 İyun 2018 | 20:40509
Dörd futbolçumuz millinin oyununda

Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib. Komandamız Astanada Qazaxıstanın qonağı olub. Görüşdə “Qəbələ”nin 4 futbolçusu iştirak edib. Cavid Hüseynov, İlqar Qurbanov və Təmkin Xəlilzadə start heyətində yer alıbsa, Ürfan Abbasov fasilədən sonra meydana daxil olub. O, komanda yoldaşı İlqarı əvəzləyib. Cavid isə 63-cü dəqiqədə meydanı tərk edib. Xəlilzadə 90 dəqiqə meydanda olub. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Xatırladaq ki, Cavid 55-ci (2 qol), İlqar 30-cu (1 qol), Ürfan 6-cı (1 qol), Təmkin 4-cü dəfə millinin formasını geyinib.