Dörd futbolçumuz U-15-də
Xəbərlər / 22 Sentyabr 2021 | 10:15175
Dörd futbolçumuz U-15-də

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. U-15 hazırlıq prosesi Qəbələdə keçirilir. Bu gün start götürən məşqlər sentyabrın 28-dək davam edəcək. Toplanışda “Qəbələ”nin dörd futbolçusu da iştirak edir. Bunlar Həbib Hüşənov, Səmid Əhmədov, Arzu Mədətov və Emil Şəkixanovdur. Toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVID-19 testindən keçib.