15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Noyabrın 22-dən 28-dək keçiriləcək hazırlıq prosesi Qəbələ şəhərində təşkil ediləcək. Toplanışa “Qəbələ”nin 4 üzvü də dəvət alıb. Bunlar Həbib Hüşənov, Səmid Əhmədov, Ziya Şəkərxanov və Emil Şəkixanovdur. Hazırlıq prosesindən bir gün öncə futbolçular və məşqçi heyəti COVID-19 testindən keçəcək. Millimiz hazırlıq çərçivəsində noyabrın 24-də “Qəbələ”nin U-16 komandası ilə yoxlama oyunu keçirəcək.