Dörd futbolçumuz U-16-da
Xəbərlər / 14 Sentyabr 2020 | 13:12188
Dörd futbolçumuz U-16-da

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. “Qəbələ”nin 4 futbolçusu milli komandaya çağırılıb. Bunlar Ravil Qafarov, Şahin Şahniyarov, Okan Təhməzli və Sənan Agalarovdur. Onlar yığmanın təlim-məşq toplanışında iştirak edəcək. Hazırlıq prosesi sentyabrın 16-dan 22-dək Bakıda gerçəkləşəcək. Toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVİD-19 testindən keçəcəklər.