16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Hazırlıq prosesinə “Qəbələ”nin dörd oyunçusu çağırılıb.
Bu futbolçular Səmid Əhmədov, Ziya Şəkərxanov, Ömər Kərimov və Ramin Qaçabəyovdur. U-16 noyabrın 20-dən 30-dək hazırlıq keçəcək. Toplanış Bakıda baş tutacaq.