Dörd futbolçumuz U-16-da
Xəbərlər / 17 Dekabr 2022 | 11:291776
Dörd futbolçumuz U-16-da

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Yığma Bakıda hazırlıq keçəcək. 

Toplanışa “Qəbələ”nin dörd oyunçusu dəvət alıb. Ömər Kərimov, Səmid Əhmədov, Həbib Hüşənov və Ziya Şəkərxanov U-16-nın hazırlığında iştirak edəcək. U-16-nın təlim-məşq toplanışı dekabrın 18-dən 27-dək keçiriləcək.