Dörd futbolçumuz U-17-də
Xəbərlər / 7 Noyabr 2020 | 15:28169
Dörd futbolçumuz U-17-də

“Qəbələ”nin dörd futbolçusu Azərbaycanın U-17 yığmasına çağırılıb. Bunlar İxtiyar Məmiyev, Nuğay Rəşidov, Emil Süleymanov və İbrahim Ramazanovdur. Onların da heyətində yer aldığı 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Yığma noyabrın 11-dən 20-dək Bakıda hazırlıq keçəcək. Toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVİD-19 testindən keçəcək. Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq.