17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti müəyyənləşib. “Qəbələ”nin dörd oyunçusu yığmaya çağırılıb.
Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov və Ziya Şəkərxanov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Serbiyada keçirəcək oyunlar üçün ilkin heyətdə yer alıb.
Millimiz seçmə mərhələyə hazırlıq məqsədilə oktyabrın 9-dan 11-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Bu toplanışından sonra Serbiyaya gedəcək yekun heyət müəyyənləşəcək. Komandamız seçmə mərhələdə oktyabrın 21-də Serbiya, 24-də Sloveniya, 27-də Lüksemburqla görüşəcək.