Dörd futbolçumuz U-19-da
Xəbərlər / 31 May 2019 | 15:32270
Dörd futbolçumuz U-19-da

“Qəbələ”nin dörd oyunçusu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına çağırılıb. Bunlar Xəyal Muradov, İdris İnqilablı, Əli Mürsəlov və Veysəl Rzayevdir. Onların heyətində yer aldığı U-19 iyunun 2-dən 6-dək Bakıda, iyunun 7-dən 10-dək Belarusun Minsk şəhərində təlim-məşq toplanışında olacaq. Millimiz hazırlıq müddətində belaruslu həmyaşıdları ilə iyunun 8-də (yerli vaxtla saat 18:00-da) və 10-da (yerli vaxtla saat 11:00-da) yoldaşlıq oyunları keçirəcək.