“Qəbələ”nin dörd futbolçusu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət olunub. Bunlar Gülağa Əsədov, Mehrac Baxşəli, Emil Səfərov və Nemət Şixamirovdur. Onlar U-19 yığmasının təlim-məşq toplanışında iştirak edəcək. Millimiz oktyabrın 23-dən 27-dək Bakıda hazırlıq keçəcək. Toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVİD-19 testindən keçəcəklər.