“Qəbələ”nin 4 futbolçusu Azərbaycanın U-20 milli komandasına çağırılıb. Bunlar Hüseyn Mürsəlov, Nika Baçaşvili, Rauf Rüstəmli və Mehrac Baxşəlidır. Onlar 20 yaşadək futbolçulardan ibarət yığmanın təlim-məşq toplanışında iştirak edəcək. Millimiz martın 20-dən 29-dək Bakıda hazırlıq keçəcək.