Dörd futbolçumuz U-21-də
Xəbərlər / 12 İyun 2023 | 12:552291
Dörd futbolçumuz U-21-də

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ”nin 4 oyunçusu yığmaya çağırılıb. Bu futbolçular Rüfət Əhmədov, Süleyman Damadayev, Rauf Rüstəmli və Mehrac Baxşalıdır.

Yığmamız iyunun 17-də Türkiyə, 20-də isə Qırğızıstan yığması ilə qarşılaşacaq. İlk matç İstanbulda, ikinci görüş “Dalğa Arena”da baş tutacaq.