Dörd futbolçumuz U-21-də
Xəbərlər / 24 May 2025 | 19:0015243
Dörd futbolçumuz U-21-də

“Qəbələ”nin dörd futbolçusu Azərbaycanın U-21 yığmasına çağırılıb.

 

Həbib Hüşənov, Nuğay Rəşidov, İbrahim Ramazanov və Emil Süleymanov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlığına qatılacaqlar. Yığmamızın Bakıda gerçəkləşəcək təlim-məşq toplanışı mayın 26-da başlayacaq. Belarus və Monteneqroya qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün yekun heyəti mayın 31-də məlum olacaq.

 

U-21 millimiz toplanış çərçivəsində iyunun 4-də Minskdəki Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.