Dorinel Muntyanu istefa verdi
Xəbərlər / 9 Dekabr 2014 | 14:03239
Dorinel Muntyanu istefa verdi

“Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu postundan istefa verib. Mütəxəssis bu gün istefa ərizəsini klub rəhbərliyinə təqdim edib. İstefa ərizəsi rəhbərlik tərəfindən qəbul olunub. “Qəbələ”nin baş məşqçi postu müvəqqəti olaraq yardımçı məşqçi Sənan Qurbanova tapşırılıb. Əsas komandada fəaliyyət göstərən qapıçı məşqçisi Dimitri Kramarenko və “Qəbələ” Futbol Akademiyasının U-17 komandasının məşqçisi Ramin Quliyev Sənan Qurbanovun köməkçisi vəzifəsini yerinə yetirəcəklər.

Dorinel Muntyanuya “Qəbələ”dəki fəaliyyətinə görə təşəkkür edir, rumıniyalı mütəxəssisə gələcək karyerasında uğurlar arzulayırıq.